IQNA

Əvamiyyədə Ali-Səud rejim qüvvələrinin açdığı atəş nəticsəində 5 nəfər şəhid olub

10:22 - July 29, 2017
Xəbər sayı: 3481914
Ötən gecədən Qətif əyalətinin Əvamiyyə bölgəsində Ali-Səud rejim qüvvələrinin açdığı atəş nəticəsində 5 nəfər şəhid olub və çox sayda yaralı var.

Əvamiyyədə Ali-Səud rejim qüvvələrinin açdığı atəş nəticsəində 5 nəfər şəhid olub

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.Az-a istinadla xəbər verir ki, beynəlxalq ictimaiyyətin sükutu nəticəsində Ali-Səud rejiminin cinayətləri Əvamiyyə bölgəsində davam edir.

Ötən gecədən başlayaraq Səudiyyə rejim qüvvələri Əvamiyyə bölgəsində şiələrin evlərini toplarla atəşə tutub. Bir çox Əhli-beyt (ə) ardıcılı yaralanıb, insanların evlərinə, şəxsi avtomobillərinə ziyan dəyib.

Məlumata görə, şəhid olan şəxslərdən biri tanınmış incəsənət ustası Möhsin əl-Ovcamidir. Onunla birlikdə 2 Hindistan vətəndaşı da öldürülüb.

"Twitter"də yayımlanan məlumata görə, Əvamiyyə bölgəsində şəhid olan digər bir nəfər Hüseyn Məhəmməd Əbu Abdullahdır. O, öz evinin qarşısında avtomobilinin içərisində olarkən, Ali-Səud rejim qüvvələri onun avtomobilinə atəş açıb. Avtomobildə yanğın baş verib və o yanaraq şəhid olub.

Teqlər: iqna ، quran ، İslam ، Əvamiyyə ، ali-səud ، qətif ، müsəlman
captcha