İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, son günlərdə Səudiyyə Ərəbistanın Səhiyyə Nazirliyinin Mina faciəsi barədə ifşa olunmuş sənədində 7477 hacının öldürüldüyü qeyd olunmuşdur.
Sənəddə ölkələr üzrə ölən hacıların sayı açıqlanmışdır ki, bundan 1508 nəfərinin kimliyi naməlumdur.
Halbuki Ərəbistan son günlərədək bu faciə haqqında rəsmi məlumat vermək istəmirdi və Mina hadisəsində 1528 nəfər ərəbistanlı hacının öldüyünü deyirdi.
Mina hadisəsi baş verdikdən sonar Ərəbistan 769 nəfərin öldüyünü elan etmişdi və bundan sonar bu barədə rəsmi açıqlama verməmişdi.
Müxtəlif ölkələrin indiyədək vətəndaşları haqqında verdikləri açıqlamaya əsasən Mina hadisəsində ölənləri sayı 1849 nəfərdir ki, bu rəqəm itkinlərə aid edilmir. Hadisədən bir ay zaman keçməsinə baxmayaraq hələ də itkinlərin taleyi barədə dəqiq məlumat yoxdur.
Yeni ifşa olunmuş sənəddə isə kimlikləri məlum olanların ad və familiyası, yaşı və milliyyəti göstərilmiş və 1508 nəfərin isə kimliyinin naməlum olduğu deyilir.
Ərəbistanın ifşa olunmuş yeni sənədini görmək üçün bu LİNK-ə keçin.
Ərəbistan Səhiyyə Nazirliyinin sənədlərinə əsasən ölənlərin sayı: