IQNA

Seyid Həsən Nəsrullah:

Mina hadisəsi Ali-Səudun İŞİD-ə oxşar cinayəti idi

9:15 - October 08, 2015
Xəbər sayı: 3383052
Beynəlxalq şöbə: Seyid Həsən Nəsrullah – Livan Hizbullah Hərəkatının baş katibi, həftənin 2-ci günü Livanın dini təbliğatçıları və məddahları ilə görüşündə regionun əsas təhlükəsinin "vəhabilik" olduğunu vurğulayaraq Mina hadisəsini Ali-Səudun məğlub idarəçiliyi, əvvəlki səhvlərindən dərs almamağın nəticəsi və Ali-Səudun İŞİD-ə oxşar cinayəti hesab etdi.


IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "ən-nəşrə" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə, Seyid Həsən Nəsrullah – Livan Hizbullah Hərəkatının baş katibi, həftənin 2-ci günü, oktyabar ayının 6-da, Livanın Məhərrəm ayında təbliğə hazırlarşan dini təbliğatçıları və məddahları ilə hər il Məhərrəm ayında öncə təşkil olunan illik görüşündə regionun əsas təhlükəsinin "vəhabilik" olduğunu vurğulayaraq Mina hadisəsini Ali-Səudun məğlub idarəçiliyi, əvvəlki səhvlərindən dərs almamağın nəticəsi və Ali-Səudun İŞİD-ə oxşar cinayəti hesab etdi.



Seyid Nəsrullah çıxışı zamanı Ərəbistanı regionda baş verən qətliamların əsas təqsirkarı hesab edərək dedi: Doğrudur ki, regionda əsas təhlükə hazırda "vəhabilik"dir, amm biz özümüzn bir nömrəli düşmənimiz olan sionist rejimindən qafil olmamalıyıq.



Seyid Həsən Nəsrullah Ali-Səudun ABŞ-a xidmət etdiyini deyərək bildirdi: "Səud höküməti Minada baş verən hadisənin səbəbkarıdır. Onlar həmin Səud rejimidir ki, 2006-cı ildə bizim xalqımızı qətlə yetirdi. Bölgədə əsas düşmənimiz vəhhabilər olsa da, İsraili unutmamalıyıq. Səud rejiminin mövqeyi İsraillə bərabər ABŞ mənafeyinə qulluq etməkdir. Bölgədə baş verən bütün cinayətlərdə bu rejimin əli var. İran əleyhinə Səddama yardım edən, Əfqanıstan, Pakistan, İraqda terrorçulara yardım edən məhz bu rejimdir. Onlar 2003-cü ildən bəri İraqda terror qruplaşmalarının idarəçiliyini edirlər. Onlar hazırda Yəməndə bunu edirlər. Minada baş verənlər onların keçmiş səhvlərindən dərs çıxarmamalarından irəli gəldi. Baş verən cinayət qeyri insani bir faciə idi. Onlar bilərəkdən müsəlmanlara su vermədilər və saatlarla ağır şəraitdə saxladılar. İran bu barədə səsini çıxarmasaydı Ərəbistan məsələni bağlıyar, səssiz şəkildə ölənləri basdırar və istədiyini də zindana atardı. Onların təkəbbürlüyü səbəb oldu ki, İran səsini ucaltdı".  



3382638

Teqlər: səud ، mina ، yəmən ، nəsrullah ، məhərrəm
captcha