IQNA

İraq əhl – sünnəsi də anti – İŞİD xalq cəbhəsinə qoşuldu

10:07 - July 30, 2015
Xəbər sayı: 3336930
Beynəlxalq qrup: İraqın müxtəlif şəhərlərindən olan 6000 nəfər əhl – sünnə könüllü olaraq terrorizmlə mübarizə və İŞİD təkfirçiləri ilə döyüşmək üçün anti – İŞİD xalq könüllülər cəbhəsinə qoşuldular.


İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) PRESS TV peyk telekanalına istinadən verdiyi xəbərə görə, Həbib ət – Təfəri – İraqın Ali Şurasının nümayəndəsi, 6 min nəfər əhl – sünnənin anti – İŞİD könüllülərinə qoşulması xəbərini elan edərək dedi: İraqın əhl – sünnə qruplaşmalarının anti – İŞİD koalisiyasına qoşulmasının hədəfi budur ki, ölkəni məhv etmək istəyən təkfirçi terroristləri məhv etsinlər. Əhl-Sünnə qardaşlarımızın könüllülər batalyonuna qoşulması göstərir ki, xalq arasında birlik və vəhdət yaranmışdır və onlar milli qurtuluş üçün çalışırlar.



O, "əl-fərat" tv kanalı ilə müsahibəsində deyib ki, İraqın hərbi və təhlükəsizlik qüvvələri xalq könüllüləri silahlılarının köməyi ilə müxtəlif rayonlarda irəliləməkdədir və indiyədək İŞİD – in işğalında olan bir çox rayonlar, o cümlədən Diyalə, Səlahuddin, əl – Ənbar və Bağdadın 60 km-də yerləşən Cərfun-nəsr şəhərləri işğaldan azad edilmişdir.



Verilən xəbərlərə görə bu birgə hücumlar nəticəsində Bağdadın 48 –km-də yerləşən ər – Rəşad regionunda İŞİD terroristlərindən 30 nəfər və Səlahuddin əyalətinin mərkəzi olan Tikrit şəhərinin şimalında yerləşən əl – Cəvari rayonunda isə 20 nəfər həlak edilmişdir.



3336653

Teqlər: İŞİd ، İraq ، terror ، təkfir ، əhl ، sünnə ، şiə
captcha