İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Detroit Free Press" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə Cəmil Seyyid – Amerikanın Mişiqan əyalətindən olan müsəlman təbliğçi, bu ölkənin 50 əyalətinə səfərinin sonunda dedi: Bu səfər çox maraqlı, təəccüblü, inanılmaz və möhtəşəm bir təcrübə idi.
O öz səfərini cari ilin Aprel ayının ilk günlərində "Azançının Amerikanın bütün əyalətlərinə tarixi səfəri" devizi ilə İndiyana əyalətinin "Plinfild" məscdindən başlamış, sonra Amerikanın 50 əyalətinə səfər edərək Havayidən tutmuş Alaska və Kaliforniya məscidlərinədək bütün məscidləri gəzdi, bu məscidlərdə azan verərək insanları sülhə və həqiqi İslamı tanımağa dəvət etdi.
Bu 40 yaşlı və iki övladı olan Seyyidin maqarlı səfərinin əsas hədəfi İslami cəmiyyətlərinin bütün Amerikada gözəllikdə və müxtəliflikdə fərqləndiyini, dinlər arasında irqi, cinsi və ədalət baxımından elə də dərin boşluğ və fasilənin olmamasını hamıya göstərmək idi.
Mişiqan əyalətinin "Ruçesthilz" şəhər məscidində səfərini tamamlayan Seyyid müxtəlif tayfa və irqlərdən olan müsəlman və qeyri-müsəlmanlarla necə rabitə yaratdığı barədə dedi: Heç vaxt tanımadığım insanların qonaqpərvərliyi, səxavət və insani eşqlərindən heyrətə düşdüm.
Cəmil Seyydi öz səfər xatirə və təcrübələrini qısa videokilplərdə sənədli film kimi və qələmə alaraq kitab şəkilində çap elətdirəcəyini də dedi.
O, "islamofob" karikaturaçıları və onlar kimi addım atanları nifrəti yayanlar adlandıraraq dedi: Bu cür addımlar İslam ruhu ilə daban-dabana ziddir. Bizim vəzifəmiz İslama və sülhə dəvətdir.