IQNA

Əhl-Sünnəin qətliamı İŞİD-in ABŞ muzduru olduğunu bir daha üzə çıxardı

12:55 - November 05, 2014
Xəbər sayı: 1470337
Beynəlxalq qrup: İŞİD təkfirçi terrorist qruplaşması keçən günlər ərzində İraqın əl-Ənbar əyalətinin "Rəsulmal" və "Bunmer" məntəqələrində vəhşicəsinə cinayətlərinin davamında əhl-sünnə məzhəbindən olan 36 nəfər iraqlı müsəlmanı onlarla həmkarlıq etmədikləri üçün edam etmişlər.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Burasa" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə İŞİD təkfirçi terrorist qruplaşması keçən günlər ərzində İraqın əl-Ənbar əyalətinin "Rəsulmal" və "Bunmer" məntəqələrində qəbilələrə hücum edərək vəhşicəsinə cinayətlərinin davamında əhl-sünnə məzhəbindən olan 36 nəfər iraqlı müsəlmanı İŞİD-lə həmkarlıq etmədikləri üçün Ə-Rəmadinin şimalında edam etmişlər.

İŞİD bu regionda Bunmer qəbiləsində indiyədək 461 nəfər iraqlı əhl-sünnə mənsublarını terroristlərlə həmkarlıq etmədikləri üçün vəhşicəsinə edam etmişlər.

İraqın Əhl-Sünnə Alimlər Cəmaətinin rəisi Xalid Əlmolla bəyaniyyə yayaraq deyib: "Bunmer qəbiləsinin vəhşicəsinə qətliam edilməsi İŞİD-in, onların muzdurlarının və İŞİD-i dəstəkləyənlərin İraq milləti əleyhinə cinayətlərinə yeni bir cinayət artırdı. Bunmer qəbiləsinin qətliamı bir daha sübut etdi ki, İŞİD əhl-sünnədən olduğunu və onları qorumaq üçün gəldiyini yalan deyir. Bu qorxa və axmaq terrorist qruplaşması İraqın əhl-sünnə məmsublarını qətliam etməklə üzünə taxdığı maskanı cırmış oldu".

O, qəhrəman Bunmer qəbiləsindən təşəkkür edərək dedi: "Vay olsun bu xain terroristlərin muzduruna çevirilmiş, onların əl aləti olmuş və özünü çox ucuz satmış qəbilələrə".

Xalid Əlmolla İraqın bütün Əhl-Sünnə mənsubları və qəbilələrdən istəyib ki, birləşərək İraqın təhlükəsizlik orqanlarının kənarında İŞİD-ə qarşı mübarizə etsinlər.   



1470238

Teqlər: aşura ، Hüseyn ، Mütəhhəri ، kərbəla ، yezid ، İŞİd ، İraq ، ərəbistan ، Ehsa ، terror ، molla ، əhl ، sünnə
captcha