IQNA

Qadınların ən qədim müsəlman məzarlığını ziyarət etmələrinə mane olmaq

11:18 - June 05, 2023
Xəbər sayı: 3494280
Səudiyyə Ərəbistanının Həcc qaydalarına əsasən, Bəqi qəbiristanlığını ziyarət etmək yalnız kişilər üçün nəzərdə tutulub. Qadınların Peyğəmbər ailəsinin qəbirlərini ziyarət etməsi qadağan edilib.

"İQNA", xəbər verir ki, Bəqi, Həzrət Peyğəmbərin (s) türbəsi və məscidinin yanında yerləşir və müsəlmanların ən qədim türbəsidir.

İmam Həsən Müctəbanın (ə), İmam Zeynul-Abidinin (ə), İmam Baqirin (ə) və İmam Sadiqin (ə) məqbərələri Bəqidə yerləşir. Bundan əlavə, Peyğəmbərin (s) ailəsinin bir çox digər üzvlərinin qəbirləri də burada yerləşir.

Bu il Allah evinin zəvvarları Həcc mərasimləri başlamazdan əvvəl ilk olaraq Mədinətul-Münəvarəyə gedib Bəqi qəbiristanlığını və Peyğəmbərin (s) ailəsinin məzarlarını ziyarət ediblər.

Həcc mərasimini mümkün qədər yaxşı keçirmək və zəvvarların işləri ilə məşğul olmaq üçün Səudiyyə rəsmilərinin çox yaxşı tədbirləri və planlarına baxmayaraq, bəzi hadisələr Bəqi qəbiristanlığını ziyarətə gedən zəvvarları narahat edib.

İranlı zəvvar qadınlarından biri "Əl-Aləm" müxbiri ilə müsahibəsində deyib: "Biz qadınlar da Əhli-beytin qəbirlərini ziyarət etmək üçün Bəqi qəbiristanlığına daxil olmaq istəyirdik. Biz səlahiyyətli şəxslərdən istəyirik ki, bizə bu imkanı təmin etsinlər".

Başqa bir iranlı zəvvar deyir: "Mən bura bir neçə dəfə gəlmişəm; Təəssüf ki, şan üzümə gülmədi və Bəqi qəbiristanlığına girib Əhli-beytin məzarlarını ziyarət edə bilmədim".

Peyğəmbərin (s) səhabələrinin və tabeinin bir çoxlarının qəbirləri Bəqi qəbiristanlığında yerləşir. Bu yer Həzrət Peyğəmbərin (s) dövründən möminlərin ziyarət etdikləri yer olmuşdur.

4145820

captcha