IQNA

Hindu qruplarının Hindistan müsəlmanlarına qarşı proqramı

11:02 - June 05, 2023
Xəbər sayı: 3494279
Sahə araşdırmasına görə, Hindistanın bəzi əyalətlərində mütəşəkkil şəkildə hind müsəlmanlarına qarşı fəaliyyət göstərən və bu ölkədə müsəlmanlara qarşı nifrət hallarının artmasına səbəb olan qruplar var.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, Hindistanda pərdəarxası dini və məzhəb fərqləri və buna qarışan qruplar haqqında aparılan sahə araşdırmasına görə, Hindistanın bir neçə əyalətində ölkədəki müsəlman mülklərini məhv etmək məqsədi daşıyan kampaniyalar başlayıb. Hindistanda nifrət cinayətlərinin artmasına görə məsuliyyət daşıyan bir Hindu ekstremist təşkilatı da var.

Əl-Cəzirə telekanalında yayımlanan “Əl-Məsafətu Sıfır” proqramının prodüser qrupunun əldə etdiyi məlumatlar göstərir ki, Hindistanda müsəlman qurbanlar qeyri-qanuni mühacir olduqları bəhanəsi ilə düşərgələrdə saxlanılıblar. Bu, Assam əyalətində təxminən 700.000 müsəlmanı hədəf alan layihənin bir hissəsidir. Onlar indi vətəndaşlıqlarının ləğvi və ya ölkədən deportasiya olunma riski ilə üzləşirlər.

Bu layihə Vətəndaşlıq qanununda edilən və Hindistan Parlamenti tərəfindən təsdiq edilmiş islahatlardan sonra həyata keçirilir.

Əl-Cəzirə öz araşdırmasında ekstremist təşkilat olan Hindu Milli Liqasının (RSS) keçmiş üzvünün ifadəsini əldə edə bilib. Əldə etdiyi məlumatlara əsasən, bu təşkilat bütün Hindistanda müsəlmanlara qarşı zorakılığın yayılmasına yönəlmiş layihələr həyata keçirir.

Bununla bağlı Hindistan polisi də araşdırma aparıb ki, bu ekstremist təşkilat gizli təlim düşərgələri yaradıb. Bombaların hazırlanması onun fəaliyyətinin yalnız bir hissəsidir.

4145658

 

captcha