IQNA

İmam Xomeyni (r.ə) tarixin liderlərindən biridir

16:32 - June 04, 2023
Xəbər sayı: 3494277
İslam İnqilabının Böyük Rəhbəri, İmam Xomeynini (r.ə) tarixin liderlərindən biri adlandırıb və vurğulayıb: "Liderləri aradan götürmək və təhrif etmək olmaz".

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahul-uzma Xamenei bu gün səhər Həzrət İmam Xomeyninin (r.ə) pak ziyarətgahında o həzrətin vəfatının otuz dördüncü ildönümü mərasimində və əhalinin şövqlü toplantısında deyib: "Rəhmətlik İmamın haqqındakı həqiqətlər bir neçə gün təhrif edilə bilər, amma bu günəş buludun arxasında qalmayacaq.

Həzrət Ayətullahul-uzma Xamenei əlavə edib: "İmam Xomeyni (r.ə) ölkə, İslam Ümməti və dünya səviyyələrində üç böyük və misilsiz dəyişiklik yaratdı ki, bəlkə gələcəkdə də bir daha baş verəcəyini proqnozlaşdırmaq olmaz.

İmam Xomeyni (r.ə) padşahlıq siyasi quruluşunu dağıdıb, demokratiyanı onun yerinə gətirdi- deyən İnqilab Rəhbəri vurğulayıb: İmam Xomeyni (r.ə) qeyri-islami bir quruluşu meydandan çıxardı, istibdadı azadlığa, mahiyyətsizliyi özünəinama, əcnəbiyə ehtiyaclı olmağı isə “biz bacarararıq”a çevirdi.

Ölkənin yeni nəsilləri İmamla daha çox tanışlığa ehtiyac duyurlar- deyə, Həzrət Ayətullahul-uzma Xamenei qeyd edib.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri çıxışının digər bir hissəsində deyib: "Fələstin məsələsinin unudulması qərara alınmışdı ki, rəhmətlik İmamın hərəkəti ilə o, İslam dünyasının birinci məsələsinə çevrildi.

Həzrət Ayətullahul-uzma Xamenei əlavə edib: İmam  Xomeyni (r.ə) Fələstinin vücuduna yeni ruh verdi və bu gün Qüds günü təkcə İslam ölkələrində deyil, həm də qeyri-islami ölkələrdə də qeyd olunur.

İmam Xomeyni (r.ə) dünya səviyyəsində mənəviyyata diqqəti hətta qeyri-islami ölkələrdə oyatdı- deyən İnqilab Rəhbəri bildirib ki, dünyada mənəviyyat bəzi güclərin tapdaqları altında idi və İmamın hərəkəti mənəviyyatı dünyada dirçəltdi.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri söyləyib: "Amma bu dəyişiklik həmin güclərin reaksiyaları ilə üzləşib və bu güclər mənəviyyatın bərpası ilə mübarizə üçün hər bir işə əl atırlar.

İmam Xomeyni (r.ə) bu böyük işləri hansı aparat və proqram təminatı hesabına gördü? -deyə, İnqilab Rəhbəri sual edib və cavabında bildirib: "İmamın köməkedici proqram təminatı amili yox idi; nə pulu, nə xəbər agentliyi var idi, nə də ki, dünya qüdrətləri onu himayə edirdilər".

İmam Xomeyninin (r.ə) güclü imanına işarə edən İnqilab Rəhbəri söyləyib: "Özü iman simvolu olan şəhid Mütəhərri Parisdə İmamla görüşərkən İmam Xomeyninin varlığında hədəfə iman, yola iman, xalqa və möminlərə iman və Allaha imana şamil olan dörd imanı görmüşdü.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri əlavə edib: "Allaha imana obyektiv məsələlərdə və dünya imperializmi ilə mübarizədə diqqət yetirərkən, bu iman, Allahın vədələrinə iman və ilahi vədəyə etimad deməkdir ki, İmamın bu yoldakı möhkəm addımını hərəkətə gətirir".

İmamın İslama imanı, nə kapitalist İslamına iman, nə də ki, hər yerdən xəbərsiz ziyalı İslamına imandır.

Dünyanın zorakılıq və zalımlıq cəbhəsi, düşmən cəbhəsi dəyişməyəcək- deyən İnqilab Rəhbəri bildirib ki, onlar İran qarşısında sıraya düzlüblər.

Təhlükəli bir dərə kimi bizim hərəkətimiz qarşısında dura biləcək amil, düşmənlərin cəbhə yaratmalarını unutmaqdır- deyə, Həzrət Ayətullahul-uzma Xamenei vurğulayıb.

İmperializmin İran xalqı ilə düşmənçiliyi mövqe geriçəkilməsilə aradan qalxmayacaq- deyən İnqilab Rəhbəri söyləyib: "Bir çox hallarda bizim geriyə çəkilmələrimiz onların irəliyə keçmələri və daha çox etiraz etmələrinə səbəb oldu".

Həzrət Ayətullahul-uzma Xamenei deyib: "Düşmənlər indiyədək səylər göstəriblər, amma əksər səylərində uğursuz olublar".

Ali Məqamlı Rəhbər əlavə edib: "Düşmənin bu günədək göstəridiyi sonuncu cəhd, ötən payızdakı iğtişaşlar idi. Ötən payız iğtişaşları planı Qərb ölkələrinin beyin mərkəzlərində işlənib hazırlanmışdı".

Maliyyə, vəsaitayırma və media dəstəklərini Qərb xəfiyyə aparatları, bu hərəkətin nökərliyini isə Vətəndən üz döndərmiş ünsürlər həyata keçirdilər- deyən İnqilab Rəhbəri belə qeyd edib: "Axmaqlar yenə də yanıldılar və İran xalqı onların çağırışlarına etinasızlıq göstərdi. İmanlı gənclər, tələbə bəsic qüvvələri, xalq kütlələrinin bəsic qüvvələri və xalqın özü düşmənin planını puça çıxardılar".

Milli istiqlaliyyət, həmçinin milli izzət və mənafenin qorunması iman və ümidlə həyata keçir- deyən Həzrət Ayətullahul-uzma Xamenei vurğulayıb: "Ölkə problemlərinin həlli, həmçinin qarşıda duran yeni dünya nizamında İranın izzətli yerinin ardınca olan hər bir kəs ölkədə iman və ümidin yayılması üçün səy göstərməlidir".

Düşmənin hədəfi, elə bu iman və ümiddir- deyə, İnqilab Rəhbəri xatırladıb.

Ali Məqamlı Rəhbər qeyd edib ki, düşmənlərin səyləri imanı zəiflətməyə və ürəklərdəki ümid alovunu söndürməyə yönəlibdir.

captcha