IQNA

Quran nədir? / 3

Quranda müxtəlif hidayət sahələri

10:14 - May 31, 2023
Xəbər sayı: 3494257
Bəziləri Quranın hidayətini müəyyən bir sahə ilə məhdudlaşdırmağa meyllidirlər, halbuki bu ilahi kitabın hidayətinin müxtəlif cəhətləri aşkardır.

Quranın hidayəti insan həyatının məhdud bir sahəsi ilə məhdudlaşmır. Həqiqətdə, insan həyatının bütün sahələri ilə bağlıdır. Yəni, belə deyil ki,  bir sahədə insanı hidayət edir və digər ehtiyacı olan sahələrdə etmir və onu görməməzlikdən gəlir.

Quran insan həyatının bütün sahələrini əhatə edir; İnsanın mənəvi yüksəlişindən və ən ali ehtiyacı olan mənəvi kamilləşməsindən tutmuş, insan və insan cəmiyyətlərini idarə etmək üçün ədalət və idarəçilik davranışlarını bərqərar etmək məsələlərində hidayət edir. Həmçinin müxtəlif düşmənləri (daxili düşmənlər və xarici düşmənlər) dəf etmək məsələsinə qədər mübarizə və cihad, əxlaq və övlad tərbiyəsi və digər məsələlərdə də hidayət edir.

Qariran düşmənçiliklərin aradan qaldırılması haqqında buyurur: "Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlamaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!" (Füssilət, 34). Ailə haqqında belə buyurur: “Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan (sənə itaət etməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq övladlar ehsan buyur” (Furqan, 74). "(Ey möminlər!) Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah (lütfü, mərhəmətilə) genişdir, (hər şeyi) biləndir!" (Nur, 32). Qurani-kərim insanın ən mühüm ehtiyaclarından biri olan ruhun rahatlığı və aramlığı, məsələsi haqqında buyurur: “Allah Peyğəmbərinə və möminlərə öz dərgahından arxayınlıq (qəlb rahatlığı, mənəvi möhkəmlik) göndərmişdi” (Fəth, 26).

İnsanın həyat hadisələrində rastlaşdığı daxili təlatümləri yatırtmaqdan tutmuş, elm və təbiət elmini tövsiyə etməyə qədər məsələləri bəyan edir: “O sizi (atanız Adəmi) yerdən (torpaqdan) yaradıb orada sakin etdi” (Hud, 61). İnsanın elmə, biliyə, təbiətin həqiqətlərini kəşf etməsinə doğru hərəkət etməsi lazımdır. Bundan əlavə, insanların fərdi davranışlarına da işarə edir: “Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz!” (Loğman, 18). və ya "Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışanda) səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!" (Loğman, 19). Bu kimi məsələlərə Quranda diqqət çəkilmişdir.

Həyatın bütün sahələrini əhatə edən bu kimi mövzularda Quranda ibrət və hidayət vardır; Yəni Quran insan həyatının bütün sahələrinə nəzarət edir və onların hamısı üçün hidayət yolunu göstərir. Həmçinin insan həyatının hər bir hissəsi üçün ibrət dərsi vardır.

Quranın həyatla, siyasətlə, iqtisadi məsələlərlə və hökumət məsələləri ilə heç bir əlaqəsi olmadığını düşünən bəzi insanlar nə qədər də qəflətdədirlər. Belə deyil, amma Quranın böyük hissəsi həyatın bu sosial məsələlərindən bəhs edir.

* Ayətullah Seyyid Əli Xameneinin Qurani-Kərimlə üns məclisindəki ifadələrindən götürülmüşdür.

* Ayətullah Seyyid Əli Xamenei (1939-cu il təvəllüdlü) şiə müctəhidi və İran İslam Cümhuriyyətinin dini lideridir. İslam təlimlərinin tanıtımı ilə bağlı çoxlu əsərləri çap edilmişdir.

captcha