IQNA

Sloveniya Baş Naziri İslam əleyhinə paylaşım etdi

20:43 - February 24, 2021
Xəbər sayı: 3489341
Sloveniya Baş Naziri Yanez Yanşa "Tvitter"də İslam əleyhinə paylaşım edib. Sloveniya İslam İttifaqı və bir çox sosial media istifadəçisi Yanezin paylaşımına reaksiya göstərib.

Eastnews.org-un verdiyi xəbərə görə, Sloveniya Baş Naziri Yanez Yanşa "Tvitter"də İslam əleyhinə paylaşım edib. Sloveniya İslam İttifaqı və bir çox sosial media istifadəçisi Yanezin paylaşımına reaksiya göstərib.

Yanez Yanşa Karl Marks və Friderix Engelsin "Kommunist manifesti"ndə yer alan Qurani-Kərimə qarşı böhtanlardan ibarət bir yazını "retvit" edib.

Sloveniya İslam İttifaqı müqəddəs kitaba bu cür yanaşmanı kəskin şəkildə qınayıb. İttifaq "Avropa İttifaqına müvəqqəti rəhbərlik edəcək Sloveniya digər dinlərə, mədəniyyətlərə və Avropa İttifaqının təməllərinə hörmət etməlidir", - deyib.  

Yanvar ayında da Yanşa sosial mediada bir paylaşmında İslama qarşı təhqiramiz ifadələr işlətmişdi. Yanşaya böyük reaksiya göstərilmişdi. 

captcha