IQNA

BMT Əfqanıstanda mülki itkilərin sayını açıqladı

20:58 - February 23, 2021
Xəbər sayı: 3489335
Birləşmiş Millətlər Təşkilatının (BMT) Əfqanıstandakı Yardım Missiyası (UNAMA) tərəfindən yayımlanan məlumatlarda Əfqanıstandakı hücumlarda ötən il 3 min 35 mülki şəxsin həlak olduğu və 5 min 785 mülki şəxsin isə yaralandığı bildirilib.

Eastnews.org-un verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Əfqanıstandakı Yardım Missiyası (UNAMA) tərəfindən yayımlanan məlumatlarda Əfqanıstandakı hücumlarda ötən il 3 min 35 mülki şəxsin həlak olduğu və 5 min 785 mülki şəxsin isə yaralandığı bildirilib.  

Açıqlamada bu hücumların 45%-nin birbaşa hədəf seçilərək edildiyi və onların 43%-nin uşaq və qadınlardan ibarət olduğu vurğulanıb.  

Əfqanlararası müzakirələrin 12 sentyabr 2020-ci il tarixində Dohada başlaması ilə hücumların artdığı qeyd olunub. Hücumların 46%-də "Taliban", 8%-də İŞİD, 24%-də isə dövlət qüvvələri ittiham edilib.  

UNAMA-nın son 7 ildə Əfqanıstandakı itkilərlə bağlı hesabat hazırladığı bildirilən açıqlamada bu müddətdə hər il orta hesabla 3 mindən çox mülki şəxsin öldüyü qeyd edilib.  

UNAMA-nın açıqlamasını rədd edən "Taliban" itkilərin əsas günahkarlarının ört-basdır edildiyini və mülki itkilərin əksəriyyətinin xarici qüvvələrin hücumlarına görə olduğunu iddia edib.

Mənbə: eastnews

captcha