IQNA

Avropa İttifaqı Arakan müsəlmanlarına yardım ayırdı

20:31 - February 23, 2021
Xəbər sayı: 3489333
Avropa İttifaqı (Aİ) Komissiyası məcburi köçkün, münaqişədən təsirlənən və yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbilə vəziyyətləri daha da pisləşən arakanlı müsəlman qaçqınlara humanitar yardımın veriləcəyini açıqlayıb.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-a istinadla verdiyi xəbərə görə, Avropa İttifaqı (Aİ) Komissiyası məcburi köçkün, münaqişədən təsirlənən və yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbilə vəziyyətləri daha da pisləşən arakanlı müsəlman qaçqınlara humanitar yardımın veriləcəyini açıqlayıb.  

Açıqlamada arakan müsəlmanlarının qida, sığınacaq, təhsil və səhiyyə kimi sahələrdə qeyri-hökumət təşkilatları vasitəsilə istifadəsi üçün Banqladeşə 24,5 milyon avro, Myanmaya 11,5 milyon avro pul ayırıldığı və həmçinin arakan müsəlmanlarının təhlükəsizlik ehtiyacları üçün də 3 milyon avro ayırıldığı bildirilib.

 Açıqlamada Aİ-nin Rohinca böhranı səbəbilə 2020-ci ildə Banqladeşə 39,8 milyon avro humanitar yardım verdiyi xatırladılıb. 

captcha