IQNA

Əli və Zəhra Azərbaycanda körpələrə verilən ən sevimli adlardır

19:35 - February 23, 2021
Xəbər sayı: 3489331
Azərbaycan Respublikasında körpələr üçün Əli və Zəhra adlarının seçilməsi, digər adlardan daha çox diqqət mərkəzində durur.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) SəhərAzəri-yə istinadla xəbər verir ki, Azərbaycan Respublikasının ədliyyə nazirliyi bildirib: Cari ilin yanvar ayında bu ölkədə körpə oğlan uşaqları üçün ən çox seçilən adlar, Əli, Yusif, Uğur, Hüseyn və Məhəmməd olubdur.

Belə bir halda, bu respublikada qız körpələr üçün ən çox seçilən adlar isə Zəhra, Zeynəb, Fatimə, Aylın və Məryəmdir.

captcha