IQNA

Fransada Əyyub Sultan məscidinə hücum edildi

9:32 - February 23, 2021
Xəbər sayı: 3489330
Fransada inşası davam edən Əyyub Sultan məscidinin divarına İslam əleyhinə yazılar yazılıb.

Fransada Əyyub Sultan məscidinə hücum edildiIQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-a istinadıa verdiyi xəbərə görə, Fransada inşası davam edən Əyyub Sultan məscidinin divarına İslam əleyhinə yazılar yazılıb.  

İslam Cəmiyyəti Milli Rəyə (IGMG) bağlı məscidin sosial media hesabında verilən açıqlamaya görə, məscidin divarında "İslama yox, ölkənizə qayıdın" ifadələri qeyd olunub.  

IGMG tərəfindən verilən açıqlamada "Bu hadisə Fransanın bu gün içində olduğu zərərli iqlimini əks etdirir", - deyilib.  

Əyyub Sultan məscidi tikintisi başa çatdıqda Avropanın ən böyük məscidi olacaq. 

captcha