IQNA

Omanın 500 illik məscidinin təmir işləri başa çatıb

0:01 - February 22, 2021
Xəbər sayı: 3489321
Tehran (IQNA) -  Omanın Milli İrs və Turizm Nazirliyinin verdiyi məlumata görə, bu ölkənin  çox qədim və tarixi məscidinin təmir və bərpa işləri başa çatıb.

Tehran (IQNA) -  Omanın Milli İrs və Turizm Nazirliyinin verdiyi məlumata görə, bu ölkənin  çox qədim və tarixi məscidinin təmir və bərpa işləri başa çatıb.

Omanın "Vadi-Bəni Xalid" rayonunda yerləşən "əl-Uveynə" məscidi 500 illik tarixə sahibdir.

Bu məscid miladi tarixlə 16-cı əsrdə tikilib.

Məscidin təmiri, yenidənqurulması və bərpası işləri iki il çəkib.

Omanın Milli İrs və Turizm Nazirliyinin bu barəd verdiyi açıqlamasında deyilir ki, məscidin təmiri ilkin memarlıq üslubuna əsasən yerinə yetirilib. Məscidin müxtəlif hissələri qədim memarlıq materialları ilə təmir edilib və məscidin nəzdindəki Quran mədrəsəsi yenidən işlənib.

Məscidin qədim mehrabı Omanın milli muzeyinə yerləşdirilib və Oman sultanı Heysəm bin Tariqin göstərişi əsasında həmin qədim mehraba uyğun olan yenisi hazırlanıb.  /3955359

Teqlər: oman ، tarixi məscid
captcha