IQNA

Nəcəfin Cümə xətibi: İsrailin İrana qarşı gücünü sınaması özünün məhvinə səbəb olacaq

15:17 - February 20, 2021
Xəbər sayı: 3489309
Tehran (IQNA) - Seyid Sədruddin Qabançı: İsrail bundan öncə Livana hücum zamanı məğlub olub. İndi İsrailin İrana qarşı güc sınaması sionist rejimin kökünün quruması deməkdir.

Tehran (IQNA) -  İraqın Nəcəf şəhərinin Cümə namazı xətibi Seyid Sədruddin Qabançı ötən gün (19 Fevral) Cümə namazının xütbəsində deyib: İsrail bundan öncə Livana hücum zamanı məğlub olub. İndi İsrailin İrana qarşı güc sınaması sionist rejimin kökünün quruması deməkdir.

Nəcəful-Əşrəf şəhərinin Cümə Namazı xətibi Höccətul-İslam vəl-müslimin Seyid Sədr Qabançı keçən bir neçə gündə İrbildə baş verən terror hücumlarına işarə edərək deyib: İrbildə baş verən terrorlar İraqın təhlüləsizliyinə zərər vurmaq, sabitliyi pozmaq və Kürdüstan əyalətinin əlaqələrini İraqın mərkəzi hökuməti ilə pisləşdirmək hədəfi ilə törədilib.

Höccətul-İslam vəl-müslimin Seyid Sədr Qabançı əlavə edib: Biz, bu hadisədən Həşduş-Şəəbinin qərargahına hücum və Kürdstanla mərkəzi hökumətin arasını vurmaq kimi məxfi layihələr üçün sui-istifadə edilməsi və ölçülməmiş reaksiyalardan nigaranıq.

O vurğulayıb: Bu hadisələr yeni bir böhranın yaradılması üçün atılmış addımlardır. Əhali və təşkilatlardan istəyirik ki, diqqətli və dözümlü olsunlar, yersiz reaksiya göstərməsinlər, İraqın və regionun təhlükəsizliyinə xələl gətirməsinlər.

Cümə namazı xətibi İraqda NATO qüvvələrini çoxaldılmasına münasibət bildirərək deyib: İraqın NATO qüvvələrinə ehtiyacı yoxdur. Bizim beynəlxalq təşkilatların terrorizmlə mübarizədə sədaqətli həmkarlığına ehtiyacımız var.

Seyid Sədruddin Qabançı sionist rejiminin Livan və ya İrana hücum təhdidinə işarə edərək deyib: İsrail Livanın cənubuna hücum edərək öz şansını yoxlamışdı. Nəticəsi də bu müharibədən geri çəkilməsi və beynəlxalq cəmiyyətdən kömək istəmək oldu.

O vurğulayıb: Bu gün İsrail İran barədə də öz şansını yoxlamaq istəyirsə, bu sionist rejiminin intiharı deməkdir və bu, bütün regionu yeni bir müharibəyə çəkə bilər.  /3954949

Teqlər: nəcəf ، cümə namazı ، İraq ، iran ، livan ، israil ، müharibə ، NATO
captcha