IQNA

Nigeriyada yüzlərlə məktəbli silahlılar tərəfindən oğurlanıb

7:25 - February 18, 2021
Xəbər sayı: 3489299
Bildirilib ki, ötən gecə Kağarada hökumət məktəblərindən birinə basqın edilib. Gözətçilər müqavimət göstərsə də silahlılar məktəbə daxil olaraq yüzlərlə məktəblini naməlum istiqamətə aparıblar.
Nigeriyanın qərbində Kagara bölgəsində yüzlərlə məktəbli silahlılar tərəfidən oğurlanıb.
Bu barədə Kagara şəhərində yerli mənbələri məlumat veriblər.
Bildirilib ki, ötən gecə Kağarada hökumət məktəblərindən birinə basqın edilib. Gözətçilər müqavimət göstərsə də silahlılar məktəbə daxil olaraq yüzlərlə məktəblini naməlum istiqamətə aparıblar.
Agentlik yerli təhlükəsizlik mənbələrinə istinadla bildirib ki, basqın zamanı bir uşaq həyatını itirib. Oğurlananlar arasında məktəbin müəllimləri və tərbiyəçiləri də var.
Bu hücumu hələ heç bir qrup üzərinə götürməyib. Nigeriyanın qərb nahiyəsi Boko-Haram terror təşkilatının fəal olduğu bölgədir. /maide.az
captcha