IQNA

Bu gecə İmam Hadinin (ə) şəhadət gecəsidir - Video

22:09 - February 14, 2021
Xəbər sayı: 3489270
Bu gecə (mübarək Rəcəb ayının 3-cü gecəsi) Peyğəmbərin (s) Əhli-Beytindən (ə) olan 10-cu məsum imam və İlahi rəhbər Həzrət İmam Əli ən-Nəqi əl-Hadinin şəhadət gecəsidir.

Bu gecə (mübarək Rəcəb ayının 3-cü gecəsi) Peyğəmbərin (s) Əhli-Beytindən (ə) olan 10-cu məsum imam və İlahi rəhbər Həzrət İmam Əli ən-Nəqi əl-Hadinin şəhadət gecəsidir.

Bu münasibətlə İraqda yaşayan Əhli-Beyt (s) sevdalıları bu gecə Samerra şəhərində o həzrətin (ə) müqəddəs məzarını ziyarət edib və əzadarlıq mərasimi keçiriblər.

Qeyd edək ki, şiə məzhəbinin Peyğəmbərin (s) Əhli-Beytindən olan 10-cu məsum imamı Həzrət İmam Əli ibn Məhəmməd ət-Təqi "Hadi" və "Nəqi" ləqəbi ilə məşhurdur.

İmam Hadi (ə) Abbasi xəlifəsinin əmri ilə Mədinədən Samerra şəhərinə gətirilərək 11 il hərbi şəhərcikdə nəzarətdə saxlanıldı. Buna görə də o həzrəti (ə) və oğlu İmam Həsəni "Əskəri" ləqəbi ilə çağırıblar.

Bu müddətdə İmam Hadi (ə) qohumları, dostları və şiələri ilə görüşə bilmirdi. Şəhid olduğu zaman yanında övladı İmam Həsən Əskəridən (ə) başqa heç kim yox idi.  

O həzrət Rəcəb ayının 3-də Samerra şəhərində şəhid edilmişdir. /3954045

VIDEO

Teqlər: İmam hadi ، İmam nəqi ، samerra
captcha