IQNA

Küveytdə yeni Quran çapxanası təsis edildi

22:18 - February 25, 2020
Xəbər sayı: 3486752
Tehran (IQNA) -  Küveytin "Mübarək əl-Kəbir" vilayətinin "Səbhan" rayonunda yeni Quran çapxanası təsis edilib və yaxın günlərdə Küveytin İş və Əmək Nazirliyinin həmkarlığı ilə fəaliyyətə başlaycaq.

"Menafn" informasiya portalının məlumatına görə, bu barədə Küveytin "Quran və Peyğəmbər (s) sünnəsinin nəşri və çapı" idarəsinin baş direktoru Fəhəd Deyhani məlumat verib.

O deyib: Quran çapxanasının işə başlaması üçün lazım olan büdcənin layihəsi ölkənin İqtisad nazirliyinə təqdim edilib. Layihə əvvəlcə nazirlər şurası və sonda "ümmət məclisi"ndə müzakirə ediləcək. Layihə təsdiq edildikdən sonra Quran nüsxələrinin alınması və satılması ön planda olacaq.

Fəhəd Deyhani ölkədə Quran çapı fəaliyyətləri üzrə illik büdcə barəsində danışaraq deyib: Hər il Quran fəaliyyətlərinə görə çapxanalara 12 milyon dinar büdcə verilir. Hər il isə beş milyon nüsxə Quran çap və nəşr edilir.

3881043

captcha