İndoneziyanın İslam Mərkəzində (ICC) Həzrət Zəhra (s) və İmam Xomeyninin (r.ə) mövlud günləri münasibəti ilə mərasim keçirilib.
Ötən gün (16 Fevral 2020) keçirilən Mərasimdə İran İslam Respublikasının SEPAH təşkilatının Qüds ordusunun komandiri Şəhid Qasim Süleymani və İraqın Həşduş-Şəbəbi təşkilatının vitse-naziri Əbu Mehdi Mühəndi anılıb.
Vəliyyi-Fəqihin İndoneziyadakı nümayəndəsi Höccətul-İslam vəl-müslimin Məcid Həkimilahi və İran İslam Respublikasının bu ölkədəki səfiri Məhəmməd Xoşheykəlin işitakı ilə keçirilən mərasimdə İran, İraq, Pakistan, Hindistan və Əfqanıstanda da qonaqlar iştirak ediblər.
Mərasimdə müqavimət şəhidləri, Həzrət Zəhran (s), İmam Xomeyni, İslam inqilabı, qadınların inqilabda fəaliyyətləri və iki ölkənin mədəni və siyasi əlaqələri barədə söhbətlər edilib.