IQNA

HƏMAS rəsmisi terrorist sionist rejiminə xəbərdarlıq etdi

22:32 - February 17, 2020
Xəbər sayı: 3486703
Tehran (IQNA) - HƏMAS-ın mətbuat katibi Hazim Qasim İsrail rejiminin işğalı altında olan ərazilərdən Fələstinin nəzarəti altında olan ərazilərə qədər sərhədlərin xəritəsinin hazırlanmasına münasibət bildirib.

Tehran (IQNA) - Fələstinin HƏMAS hərəkatının mətbuat katibi Hazim Qasim terrorçu İsrail rejiminin işğalı altında olan ərazilərdən Fələstinin nəzarəti altında olan ərazilərə qədər sərhədlərin xəritəsinin hazırlanmasına münasibət bildirib.

"Amad" informasiya portalının məlumatına görə, Hazim Qasim deyib: "Sionist İsrail rejiminin suverenlik xəritələrinin hazırlanması Fələstin xalqına hücum deməkdir. Bu hücumun təşkilatçısı Amerika Birləşmiş Ştatları hökumətidir".

HƏMAS-ın Fələstin xalqının haqlarını qoruyacağını vurğulayan Hazim Qasim işğal ilə heç vaxt barışmayacaqlarını da sözlərinə əlavə edib.

"Bu xəritə Vaşinqtonda nümayiş ediləndə bəzi ərəb dövlətlərin ABŞ-dakı səfirləri də qatıldılar. Bu səfirlər Fələstin xalqını arxadan yaraladılar", - deyə Hazim Qasim qeyd edib.

879308

 

Teqlər: həmas ، israil ، hazim qasim
captcha