IQNA

Sinqapurun tarixi məscidi yenidən istifadəyə verildi

23:55 - February 15, 2020
Xəbər sayı: 3486695
Sinqapurun Angullia məscidi bu ölkənin ən qədim məscidlərindən biridir. Bu məscid 1890-cı ildə Hindistanlı tacir Məhəmməd Saleh Yusif Angullia tikdirib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Sinqapurun Angullia məscidi bu ölkənin ən qədim məscidlərindən biridir.

Bu məscid 1890-cı ildə Hindistanlı tacir Məhəmməd Saleh Yusif Angullia tikdirib.

Məscid 1970-ci ildə yenidən təmir və bərpa edilmiş və 1500 nəfər namazqılan üçün yararlı hala gətirilmişdi.

Hazırda isə 6.3 milyon dollar vəsait ilə məscid genişləndirilmiş və 2500 nəfər namazqılan üçün hazırlanmışdır.   

Yeni təmirdən çıxmış məscidin açılış mərasimi ötən gün (16 Fevral 2020) keçirilib. Açılış mərasimində Sinqapur müsəlmanların dini şurasının rəisi İsa Məsud və müsəlmanların işi üzrə nazir Masagus Zulkifl iştirak ediblər.

https://iqna.ir/fa/news/3878785

بازگشایی مسجد تاریخی سنگاپور

بازگشایی مسجد تاریخی سنگاپور

افتتاح پروژه توسعه مسجد تاریخی سنگاپور

 

captcha