IQNA

İlin birinci yarısında bu məscidi yarım milyon nəfər ziyarət etdi

11:11 - July 17, 2019
Xəbər sayı: 3485527
BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) paytaxtı Əbu-Zəbi şəhərində yerləşən "Şeyx Zayid Came Məscidi"ini dünyanın müxtəlif ölkələrindən olan 4 milyin 480 min nəfər turist ziyarət edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, 2019-cu ilin birinci yarısında, Yanvar ayının əvvəlindən İyun ayının sonunadək, BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) paytaxtı Əbu-Zəbi şəhərində yerləşən "Şeyx Zayid Came Məscidi"ini dünyanın müxtəlif ölkələrindən olan 4 milyin 480 min nəfər turist ziyarət edib.

Dünyanın müxtəlif ölkələrindən BƏƏ-nin Şeyx Zayid məscidinə gələn turistlərin 970 min nəfəri bu məsciddə namaz qılıblar.

Şeyx Zayid məscidini ziyarət edənlər sırasında Asiya ölkələrindən olan turistlər cədvəlin başında dururlar. Avropalılar 623 min, Şimali Amerikalılar 95 min, Afrikalılar 53 min, Cənubi Amerikalılar 49 min, Avstraliyalılar 25 min və Cənub Qütbü ölkələrindən olanlar 2 min nəfərlə sorakı yerləri bölüşüblər.

Bu siyahıda Hindistanlılar 390 min nəfərlə öndə gedirlər. 335 min nəfərlə Çinlilər, 116 min nəfərlə Ruslar, 102 min nəfərlə Almanlar, 74 min nəfərlə Fransızlar, 63 nəfərlə İngilislər, 60 min nəfərlə Amerikalılar, 57 min nəfərlə Pakistanlılar, 44 min nəfərlər İtaliyanlar və 43 min nəfərlə Filippinlilər sorakı sıralarda yer alıblar.

Həmçinin bu hesabata görə, bu ilin mübarək Ramazan ayında Şeyx Zayid məscidində 890 min nəfər iftar edib.

Habelə cari ilin ilk altı ayı ərzində bu məscidə pulsuz 1726 mədəni ekskursiya turları təşkil edilib.

Məscid təkcə turistlərin deyil, həm də media dairələrinin də diqqətini özünə cəlb etmişdir. Belə ki, indiyədək BƏƏ, Amerika, Avstraliya, Belçika, Ermənistan, Misr və İngiltərənin "Oxford" universitetindən olan 76 media qrumu bu məscidin xəbərlərini işıqlandırmaq təklifi irəli sürüblər.

Qeyd edək ki, Şeyx Zayidi məscidi Məscidun-Nəbi (s) və Məscidul-Həramdan sonra dünyanın üçüncü böyük məscididir. Məscidin tikilməsi üçün 2007-ci ildə 550 milyon dollar vəsait xərclənmişdir. Məscidin banisi və BƏƏ-nin ilk hakimi Şeyx Zayid ibn Sultan Ali Nihyanın qəbri də məsciddə yerləşir.     

http://iqna.ir/fa/news/3827265/

captcha