IQNA

"Namaz qıl, velosiped qazan" layihəsi icra edildi

9:58 - July 16, 2019
Xəbər sayı: 3485515
Pakistanın "Cəmaəte İslami Partiyası"nın tərəfindən Lahur şəhərinin məscidlərindən birində namaz mədəniyyətinin yayılması hədəfi ilə "namaz qıl velosiped sür" adlı layihə icra edilib.

Pakistanın "Cəmaəte İslami Partiyası"nın tərəfindən Lahur şəhərinin məscidlərindən birində namaz mədəniyyətinin yayılması hədəfi ilə "namaz qıl velosiped sür" adlı layihə icra edilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Namaz qılmaq mədəniyyətinin genişləndirilməsi, uşaqlar və cavanlarda namaz qılmaq həvəsi yaratmaq hədəfi ilə başladılan bu layihə Pəncab əyalətinin Lahur şəhərinin Şirşah xiyabanının "İslami Həyat Cəmiyyəti" məscidində icra edilib.

Layihə çərçivəsində 40 Sübh namazını davamlı şəkildə məsciddə qılan uşaqlara və cavanlara velosiped hədiyyə verilib.

Sübh namazlarını məsciddə qılan uşaqlara hədiyyələrin verilməsi mərasimində Pakistanın "İslam Cəmaəti Partiyası"nın Lahur regionu üzrə rəisi Zikrullah Mücahid, Pəncab əyalətinin sabiq parlament nümayəndəsi Şövkət Çöuhdəri, "əl-Xidmət" xeyriyyə fondunun rəisi Əbdüləziz Abid və digərləri iştirak ediblər.  

http://iqna.ir/fa/news/3827424

Teqlər: iqna ، namaz ، pakistan ، pəncab ، lahur ، velosiped ، sübh namazı
captcha