İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kanadanın Edmonton şəhərinin İmam Hüseyn (ə) adına İslam Mərkəzində Qurani-Kərimin mübarək Kafirun surəsinin təfsiri dərsi keçiriləcək.
Kanadanın Edmonton şəhərinin İmam Hüseyn (ə) adına İslam Mərkəzi elan edib: Sabah, həftənin Cüməaxşamı günü, 17 Yanvar 2019-cu il, yerli vaxtla saat 19:30-da müxtəlif proqramlar çərçivəsində Qurani-Kərimin mübarək Kafirun surəsinin təfsiri dərsi təşkil ediləcəkdir.
Qurani-Kərimin mübarək Kafirun surəsinin təfsiri dərsindən öncə isə Yasun surəsi tilavət olunaq, Kümeyl duası oxunacaq və xətiblər söhbət edəcəklər.
Məlumata görə, həftənin Cümə günü, 18 Yanvar 2019-cu il, Kanadanın Edmonton şəhərinin İmam Hüseyn (ə) adına İslam Mərkəzi Cümə namazı Üsamə əl-Əttarın imaməti ilə qılınacaqdır.