IQNA

Azərbaycanda xanım Rüqəyyənin (ə) əzadarlıq məclisləri keçirildi

9:23 - October 15, 2018
Xəbər sayı: 3484062
Ötən gecə Azərbaycanın müxtəlif bölgələrində Həzərt İmam Hüseyn (ə) əziz qızı Həzrət Rüqəyyənin (s) şəhadət gecəsi münasibətilə mərasimlər keçirilib.

Xanım Rüqəyyənin (ə) əzadarlıq məclisləri keçirildi - AzərbaycandaİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ötən gecə (14 Oktyabr 2018) Azərbaycanın müxtəlif bölgələrində Həzərt İmam Hüseyn (ə) əziz qızı Həzrət Rüqəyyənin (s) şəhadət gecəsi münasibətilə mərasimlər keçirilib. 

Maide.Az xəbər verir ki, məscid və hüseyniyyələrdə baş tutan əzadarlıq məclislərində xanım Rüqəyyənin (s.ə.) Kərbəla hadisəsi zamanı və Kərbəla hadisəsindən sonra həyatına nəzər salınıb. 
Eyni zamanda  o xanımın  çəkdiyi müsibətlər xatırlanıb. 
 
Xətiblər xanım Rüqəyyənin  (s.ə.) əxlaqı, həyatı, onun  Kərbəla hadisəsində göstərdiyi səbr və dözümlə bağlı danışıblar. 
Eyni zaman xanım Rüqəyyənin (s.ə.) xüsusən  hicab məsələsinə göstərdiyi diqqəti önə çəkiblər. 
 
Həmçinin məclislərdə rövzəxanlar və məddahlar  xanım Rüqəyyənin (s.ə.)  şənində yazılmış rövzə və mərsiyyələr səsləndiriblər.
Teqlər: iqna ، Rüqəyyə ، kərbəla
captcha