IQNA

İngiltərəli irqçi müsəlmanlara təhdidamiz məktublar göndərdiyinə etiraf edib

10:51 - October 14, 2018
Xəbər sayı: 3484051
İngiltərəli islamofob irqçi və rasist bu ölkənin vətəndaşlarına müsəlmanlar əleyhinə məktub göndərərək onları müsəlmanları cəzalandırmağa və məscidlərə hücum etməyə təşviq etməsinə etiraf edib.

İngiltərəli irqçi müsəlmanlara təhdidamiz məktublar göndərdiyinə etiraf edibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ingiltərəli islamofob irqçi və rasist bu ölkənin vətəndaşlarına müsəlmanlar əleyhinə məktub göndərərək onları müsəlmanları cəzalandırmağa və məscidlərə hücum etməyə təşviq etməsinə etiraf edib.

O həmçinin Böyük Britaniyanın kraliçası və ölkənin baş nazirinə də təhdidamiz məktublar yazdığına etiraf edib.

David Parnham adlı bu cinayətkar İngiltərənin London məhkəməsi tərəfindən 15 adda cinayətə görə, o cümlədən ölümlə təhdid, bomba düzəldilməsi, qorxu və xaos yaratmaq məqsədi ilə təhdidamiz məktubların göndərilməsi, həbs edilib.

İngiltərənin şərqində yerləşən Linkolin şəhərindən olan bu adam cari ilin Aprel ayının üçünü "müsəlmanların cəzalandırılması" günü adlandırmış və vətəndaşlara anti-İslam məktublar göndərərək onları müsəlmanlar əleyhinə zorakılığa dəvət etmişdi.

Bundan öncə də o, iki il müddətində müsəlmanların tanınmış şəxsiyyətlərinə, parlamentin müsəlman nümayəndələrinə, tanınmış siyasətçilərə və İslam mərkəzlərinə içərisində "ağ toz" olan məktublar göndərmişdi.

O həmçinin etiraf edib ki, Şeffild Universiteti qaradərili tələbələri öldürmək üçün cinayətkar bir dəstəyə pul vədəsi verib.

Polis məhkəmədə elan edib ki, bu cinayətkar "Dylann Roof" adlı irqçi və rasist bir qruplaşmanın üzvüdür. Dilan Roof özü Amerikalı bir irqçi olub və 2015-ci ildə cənubi Karolina əyalətində "Charleston" kisləsində 9 qaradərilini öldürüb.  

http://iqna.ir/fa/news/3755458

Teqlər: iqna ، irqçi ، islamofob ، britaniya
captcha