IQNA

Madriddə "İmam Rza (ə) hərəmi" sərgisi açıldı

10:22 - July 22, 2018
Xəbər sayı: 3483509
Həzrət İmam Rzanın (ə) və bacısı xanım Həzrət Məsumənin (s) viladətləri münasibəti ilə təşkil edilən bu sərgidə iranlı incəsənət ustalarının İmam Rza (ə) mövzusunda yaratdığı əsərlər nümayiş edilir.

Madriddə İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami əlaqələr və mədəniyyət təşkilatının informasiya portalına istinadla verdiyi xəbərə görə, İran İslam Respublikasının İspaniyadakı Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə Madrid şəhərinin "Kantabriya evi" mədəniyyət mərkəzində Həzrət İmam Rzanın (ə) və bacısı xanım Həzrət Məsumənin (s) viladətləri münasibəti ilə keçirilən "kəramət günləri on günlüyü"ndə  "İmam Rza (ə) hərəmində İran incəsənətinin təzahürü və bədii ifadəsi" adlı sərgi açılıb.  

Həzrət İmam Rzanın (ə) və bacısı xanım Həzrət Məsumənin (s) viladətləri münasibəti ilə təşkil edilən bu sərgidə iranlı incəsənət ustalarının İmam Rza (ə) mövzusunda yaratdığı əsərlər nümayiş edilir.

İran İslam Respublikasının Madriddəki Mədəniyyət Əlaqələri İdarəsinin məsulu Əlirza İsmayili mərasimin açılışında İran incəsənətinin tarixinə işarə edərək iranlı incəsənət ustalarının əsərlərinin mədəniyyət və sivlizasiya daşıyıcısı olduğunu vurğulayıb və İslam dininin İran incəsənətindəki təsirlərindən danışıb.

Sərginin açılış mərasimində İran İslam Respublikasının İspaniyadakı səfirliyinin işçiləri, İspaniyada yaşayan iranlılar və incəsənətsevərlər iştirak ediblər. Mərasimdə Kərim Xaninin "Amədəm ey şah pənahəm bedeh" mədhiyyəsi səsləndirilib.   

http://iqna.ir/fa/news/3731912

نمایشگاه بارگاه رضوی با 28 اثر ایرانی در مادرید

Ä°ran incəsənətinin Ä°spaniyada bədii ifadəsi 

 

 

 

Teqlər: iqna ، İspaniya ، madrid ، İmam rza ، sərgi
captcha