IQNA

Çin müsəlmanlarının rəhbərinin dəfn mərasimində 300 min nəfər iştirak edib

20:48 - July 21, 2018
Xəbər sayı: 3483507
Çin müsəlmanlarının rəhbəri Donq Guan Abdullahın dəfn mərasimində 300 min nəfər iştirak edib. Dong Guan Abdullah Çinin şimal-qərbində Xining şəhər qəbristanlığında dəfn olunub.

Çin müsəlmanlarının rəhbərinin dəfn mərasimində 300 min nəfər iştirak edibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Çin müsəlmanlarının rəhbəri  Donq Guan  Abdullahın dəfn mərasimində  300 min nəfər iştirak edib. 

Dongguan məscidinin imamı və Çinin tanınmış böyük alimlərindən olan  Dong Guan  Abdullah Çinin şimal-qərbində  Xining şəhər qəbristanlığında dəfn olunub. 
 
1936-cı ildə anadan olmuş və bir neçə gün öncə 85 yaşında ikən vəfat etmiş alim  D. G. Abdullah  ömrünün çox hissəsini İslam dininin təlimlərini öyrədib. Minlərlə şagird tərbiyə edib.
 
O  13 yaşından Çinin məşhur alimlərindən olan atasının yanında İslami elmləri öyrənmışdi.  Vaxtının çoxunu məsciddə keçirir və  şagirdlər yetişdirirdi. /3731636/ maide.az
Teqlər: iqna ، çin ، xining ، donq guan abdullah
captcha