IQNA

İsrail rejimi Qəzzada irimiqyaslı əməliyyata hazırlaşır

0:41 - July 20, 2018
Xəbər sayı: 3483500
İsrail rejiminin Qəzzaya qarşı həyata keçiriləcək irimiqyaslı bir əməliyyata hazırlaşdığı, əməliyyat üçün cümə günündən sonranı gözlədiyi deyilir.

İsrail rejimi Qəzzada irimiqyaslı əməliyyata hazırlaşırİsrail rejiminin Qəzzaya qarşı həyata keçiriləcək irimiqyaslı bir əməliyyata hazırlaşdığı, əməliyyat üçün cümə günündən sonranı gözlədiyi deyilir.

İsrail rejimi Qəzzanı hədələyərək, İsrail rejiminin işğal etdiyi torpaqlara qarşı yanan çərpələng hücumlarının cüməyə qədər dayandırılmasını tələb edib. Bu hücumlar İsrail rejimi tərəfindən Qəzzaya hücumun əsas səbəbi kimi istifadə olunur.
İsrail rejimi hərbi qüvvələrə hazırlıq əmri verdiyi və Qəzzada geniş əməliyyata hazırlaşdığı deyilir. İsrail rejiminin mediasına görə, cümədən sonra Qəzzanın işğalı başlana bilər.
“Times of İsrael” və İsrail rejiminin “Channel 10” televiziyası hərbi hazırlığın edildiyini bildirən xəbərlər verəndə, İsrail rejiminin cənubunda Qəzzanın işğalı mövzusunda hərbi təlim həyata keçirildiyi məlum olub. Təlimdə İsrail reiminin müdafiə naziri Aviqdor Liberman da iştirak edirdi.
İsrail rejiminin mövzu ilə bağlı təhdidlərini HƏMAS-a Misir kəşfiyyatı vasitəsilə çatdırdığı qeyd edilir. /deyerler.org/
Teqlər: iqna ، israil ، qəzza
captcha