İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanından olan şair Fəhəd Şəraninin Qurani-Kərimi təhqir etməsi müsəlmanların qəzəb və hiddətinə səbəb oldu və sosail şəbəkələrin müsəlman istifadəçiləri tərəfindən şiddətlə qınandı.
Səudiyyəli şair Fəhəd Şəhrani "MBC" peyk tv kanalından yayımlanan proqramda Qurani-Kərimin ayələrindən istifadə edərək səudiyyəli musiqiçi Məhəmməd Əbduhu mədh edib. Onun yaramaz işini ehtiva edən təhriedici videoçarx sosial şəbəkələrdə yayıldıqdan sonra müsəlmanlar bu məsələdən hiddətlənib və sosail şəbəkələrin müsəlman istifadəçiləri tərəfindən şiddətlə qınanıb.
Sosial şəbəkələrin müsəlman istifadəçiləri "#fəhəd_şəhrani_Quranı_aşağılayır" haştağı ilə ona qarşı etiraz kampaniyası keçiriblər.
Etiraz kampaniyasında iştirak edənlər bildiriblər ki, musiqi və şou məclislərindən Qurani-Kərim ayələrindən istifadə etmək dini və müsəlmanları istehza və təhqir etməkdir.
http://iqna.ir/fa/news/3730882