IQNA

Kiprdə Lala Mustafa Paşa məscidi

Şimali Kipr Türk Respublikasının Famagusta şəhərində yerləşən "Lala Mustafa Paşa Məscidi" milad tarixi ilə 14-cü əsrin əvvəllərində tikilmişdir. Bu tikili əvvəlcə kilsə olub. Osmanlılar 1571-ci ildə bu şəhəri işğal etdikdən sonra həmin kilsənin təyinatını dəyişərək məscidə çeviriblər.