IQNA

BMT fələstinli sivillərin öldürülməsini qınadı

7:15 - April 22, 2018
Xəbər sayı: 3483064
Sionist rejimin (qondarma İsrail dövləti) silahlı qüvvələri və hərbiçilərinin din aksiya keçirən sivil fələstinlilərə, xüsusi ilə də körpə uşaqlara atəş açması, əsl rüsvayçılıqdır.

BMT fələstinli sivillərin öldürülməsini qınadıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) FƏLƏSTİN informasiya mərkəzinin rəsmi saytına istinadla verdiyi xəbərə görə, BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Orta Şərqin Sülh İşləri üzrə nümayəndəsi sionist silahlı qüvvələrinin 1948-ci ildə işğal edilmiş Fələstin torpaqları ilə Qəzzə sərhəd zolağında "qayıdış etiraz aksiyaları" keçirən sivil fələstinliləri qətliam etməsini məhkum etdi.

Nikolay Meladinov (BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Orta Şərqin Sülh İşləri üzrə nümayəndəsi) özünün şəxsi Tyuter səhifəsində yazdı: Sionist rejimin (qondarma İsrail dövləti) silahlı qüvvələri və hərbiçilərinin din aksiya keçirən sivil fələstinlilərə, xüsusi ilə də körpə uşaqlara atəş açması, əsl rüsvayçılıqdır.

BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Orta Şərqin Sülh İşləri üzrə nümayəndəsi "Qəzzə sahilində uşaqların qətliam edilməsi, necə olar bilər ki, sülhün bərqərar edilməsinə kömək etsin?" sualını səsləndirərək əlavə etdi: "Bu addım sülh bərqərar olunmasına kömək etmir ki, heç, həm də çəkişmələrin kəskinləşməsinə səbəb olur. Buna görə də gərək uşaqları Sionist rejimin (qondarma İsrail dövləti) silahlı qüvvələri və hərbiçilərinin cinayətlərindən qoruyaq. Və həmçinin 15 yaşlı Məhəmməd Əyyubun şəhid edilməsi barədə lazım olan araşdırmaları başladaq.     

http://iqna.ir/fa/news/3707363

captcha