IQNA

Rusiyada üç müsəlman filosofun kitabı nəşr edilib

23:19 - April 21, 2018
Xəbər sayı: 3483059
Rusiyanın İslami Araşdırmalar Fondu "Həyy ibn Yəqzan" (Oyaq oğlu Diri) dastanlar kitabından üç müsəlman filosofun fəlsəfi dastanını Rus dilində çap və nəşr edib.

Rusiyada üç müsəlman filosofun kitabı nəşr edilibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiyanın İslami Araşdırmalar Fondu "Həyy ibn Yəqzan" (Oyaq oğlu Diri) dastanlar kitabından üç müsəlman filosofun fəlsəfi dastanını Rus dilində çap və nəşr edib.

Rusiyanın İslami Araşdırmalar Fondu rəsmi saytında verilən məlumata əsasən, bu fəlsəfi dastanlar "İslam: klassik və müasir" silsilə məqalələr toplusunda nəşr edilib.

Bu əsərin elmi redaktoru Nur Kurabyov və Ruzna Pasxovdur. Əsər Rusiyanın "Millətlərin Dostluğu" universitetinin ustadının giriş sözü ilə nəşr olub.

Həyya ibn Yəqzanın "Fəlsəfi dastanlar" kitabından üçünü ehtiva edən bu kitabın sujeti İbn Sina, İbn Tüfeyl və Söhrəvərdidir. Kitabı Artur Sakadiyev tərcümə və izah (s.29-171) edib. Bundan əlavə Matəm Məhəmməd Taha əl-Cənabi kitaba giriş təhlili (s.4-28) yazmışdır.

"Üç müsəlman filosofun fəlsəfi dastanları"ndan danışan kitabda Böyük İslam Ensiklopedoyasından Nəsrullah Purcəvadinin "Həyy ibn Yəqzan" məqaləsi (s.181-187) və Londonun İran Araşdırmalar Akademiyasının tədqiqatçısı Kərim Müctəhidinin "Söhrəvərdinin "qissətu ğurbətul-ğərbiyyə" risaləsində düşünüləsi məqamlar" (s.188-194) məqaləsi və digər məqalələr də əlavə edilmişdir.

Artur Vladimiroviç Saqadiyevin (1931-1997) tərcümə etdiyi bu əsəri Moskvanın "Sədra" nəşriyyatı 2018-ci ilin Aprel ayında çap və nəşr etmişdir. Kitab qalın cild ilə 208 səhifədə çap edilib.  

http://iqna.ir/fa/news/3707615

captcha