IQNA

İran, müsəlman ölkələrinin təcziyəsinə icazə verməyəcək

10:35 - April 20, 2018
Xəbər sayı: 3483053
İran İslami Müqavimət Cəbhəsinin bayraqdarı olaraq İslam ölkələrinin təcziyəsinə və bir-biri ilə savaşmasına icazə verməyəcək.

İran, müsəlman ölkələrinin təcziyəsinə icazə verməyəcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının 35-ci beynəlxalq Qurani-Kərimin hifzi və qiraəti yarışlarının açılış mərasimində iştirak edən Əli Əkbər Vilayəti (Ali Dini Liderin Beynəlxalq Məsələlər Üzrə Müşaviri) çıxışında İİR-nın regionun İslami Müqavimət Cəbhəsindəki roluna işarə edərək vurğuladı: İran İslami Müqavimət Cəbhəsinin bayraqdarı olaraq İslam ölkələrinin təcziyəsinə və bir-biri ilə savaşmasına icazə verməyəcək.

Tehranın "İmam Xomeyni (r.ə) müsəllası"nda keçirilən açılış mərasimində çıxış edən müşavir Quran və İslam mədəniyyətinə işarə edərək dedi: Quran qədər heç bir səmavi kitab elm, təfəkkür və düşüncə barəsində sifariş etməyib. Quranda elm və bu maddədən olan sözlər 80 dəfədən çox təkrarlanıb. 10 dəfədən çox "ulul-əlbab" (ağıl sahibləri) ifadəsi ilə ağıl sahiblərinə müraciət edib. Və bu, elm və təfəkkürün dəyərinə işarədir.

Dr. Vilayəti Quran və hədislərdə elmin dəyərinə işarə edərək vurğuladı ki, İslam tarixinin ilk əsrlərindən İslam nə vaxt qüdrətli olubsa, o vaxt elm də inkişaf edib. İslam zəif olanda isə elm də zəifləyib.

Ali Rəhbərin müşaviri qədimdə avropalıların müsəlmanlardan kağızı borc almalarına işarə edərək dedi: Bağdadın anbarları kağız ilə dolu idi və istəyənlərə pulsuz verilirdi. İslam mədəniyyəti təkcə şer, ədəbiyyat və dini kitablar deyil, həm də riyaziyyat kimi digər elmlərdə də öz sözünü deyib. Başda Qanun kitabı olmaqla, 14 min tibbi kitab varımızdır ki, 600 il şəqr və qərb elm ocaqlarında tədris ediliblər.

Əli Əkbər Vilayəti (Ali Dini Liderin Beynəlxalq Məsələlər Üzrə Müşaviri) çıxışında regionun siyasi məsələlərinə işarə edərək dedi: İran regionda öz müsəlman qardaşlarının kənarındadır. Bütün ölkələrin sərhədlərini və ərazi bütövlüyünü tanıyır və icazə verməyəcək ki, bu ölkələri təcziyə etsinlər.

O vurğuladı: Bizim İslam ümməti olaraq hədəfimiz müsəlman ölkələrinin, istər sünnü olsunlar, istərsə də şiə, vəhdətidir. İslam ümmətinin məsləhəti budur ki, öz aralarında vəhdət etsinlər və düşmənlərin istəklərinin əksinə əməl etsinlər. İslam ölkələri qardaş ölkələrin ərazi bütövlüyünü qorumalıdır.

Vilayəti sonda dedi: Ümidvarıq ki, Qurani-Kərimin bərəkətinə bu iclas böyük xidmətlərə başlanğıc olsun. Və Qurani-Kərim və Əhli-Beytin (ə) təlimləri sayəsində çox yaxın zamanda İslam ümmətinin qələbəsinin şahidi olaq.  

http://iqna.ir/fa/news/3707130

captcha