IQNA

Xristiyan, həm də ƏHLİ-Beyt (ə) məddahı

6:59 - April 18, 2018
Xəbər sayı: 3483045
Mükərrəm Cəbrayil Ğali qibti xristiyan və məsihidir. O, Misrdə yaşayırdı. Qurani-Kərimi və Həzrət Məhəmmədin (ə) sünnəsini daşıyan hədisləri əzbər bilirdi.

Xristiyan, həm də ƏHLİ-Beyt (ə) məddahıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Mükərrəm Cəbrayil Ğali qibti xristiyan və məsihidir. O, Misrdə yaşayırdı. Qurani-Kərimi və Həzrət Məhəmmədin (ə) sünnəsini daşıyan hədisləri əzbər bilirdi.

Xristiyan dininin davamçısı olan misirli Mükərrəm Cəbrayil Ğalinin ən əsas özəlliyi isə Misr kimi bir ölkədə və özünün də məsihi olduğu halda həm də ƏHLİ-BEYT (ə) məddahı olması idi.

Keçən həftənin bazar günü, 71 yaşında ikən fani dünya ilə vidalaşan "qibti məsihi", Quran və hədis hafizi və  eləcə də əhli-beyt (ə) məddahı Mükərrəm Cəbrayil Ğali Misrin Münya əyalətinin "Bəni Əhməd Şərqi" qəsəbəsində anadan olmuşdu. 17 yaşında olarkən Qurani-Kərimi və hədisləri əzbərləməyə başladı. Dərzi atasının arzularının əksinə olaraq vaxtını Peyğəmbəri (s) mədh edən məddahlar ilə keçirirdi və onların oxuduqlarını əzbərləyirdi.  

Mükərrəm Cəbrayil Ğali sonda Misrin məşhur "təvaşih" (dini nəğmələr) qrupuna qoşuldu. Həzrət İsa, Məryəm, Həzrət Məhəmməd və Əhli-Beyti (ə) mədh edən bu xristiyanın mərasimlərdə özünəməxsus qanunları var idi. Həmişə mərasimi Həzrət Məhəmmədin (s) mədhi ilə başlayar, İsa və Məryəm ilə davam edər və Əhli-Beyt (ə) ilə başa çatdırardı.

Mükərrəm Cəbrayil Ğali həmişə çalışırdı ki, onun xristiyan olması, peşəsində inkişafına mane olmasın. O, Peyğəmbərin (s) sirəsi və həyat tərzini gözəl bildirdi, Quranı və hədisləri əzbərləmişdi. Ramazan ayının ilk 10 gününü oruc tutardı və müsəlman dostları ilə iftar edərdi.

http://iqna.ir/fa/news/3706501

captcha