IQNA

Hindistanda Quran ayələrinin hüsnxətti sərgisi

16:49 - April 16, 2018
Xəbər sayı: 3483037
Hindistanın Yeni Dehli şəhərində yerləşən "Əligər İslam Universiteti"ndə Hindistanın Bihar əyalətindən olan incəsənət ustası Məhəmməd Əhrarın hüsnxətt əsərlərini ehtiva edən sərgi düzənlənib.

Hindistanda Quran ayələrinin hüsnxətti sərgisiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanın Yeni Dehli şəhərində yerləşən "Əligər İslam Universiteti"ndə Hindistanın Bihar əyalətindən olan incəsənət ustası Məhəmməd Əhrarın hüsnxətt əsərlərini ehtiva edən sərgi düzənlənib.

Bu barədə İran İslam Respublikasının Hindistandakı Mədəniyyət Əlaqələri İdarəsi xəbər verib. Məlumatda deyilir ki, bu sərginin açılış mərasimi keçən həftənin ikincü günü (10 Aprel 2018-ci il) İİR-nın Mədəniyyət Əlaqələri İdarəsinin işçisi Höccətullah Abidi, həmin idarənin Farsca araşdırmalar mərkəzinin rəisi Ehsanullah Şükrüllahi və "Əligər İslam Universiteti"n Farsca araşdırmalar mərkəzinin rəisi Ehtişamuddinin iştirakı ilə keçirilib.

Hindistanın Bihar əyalətindən olan incəsənət ustası Məhəmməd Əhrarın Quran ayələri, qısa hikmətli kəlmalar və fars şerlərdən ibarət 60 hüsnxətt əsərini ehtiva edən sərgi sabah, həftənin ikinci günü (17 Aperl 2018-ci il) öz işini yekunlaşdıracaqdır.

http://iqna.ir/fa/news/3705724

 Ù†Ù…ایش خوشنویسی آیات قرآن در دانشگاه هند

نمایش خوشنویسی آیات قرآن در دانشگاه هند

Teqlər: iqna ، hüsnxətt ، hindistan ، dehli ، İİr
captcha