İQNA-nın (Beynəxlalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Tehranın cümə namazının müvəqqəti imam cüməsi Ayətullah Məhəmməd İmami Kaşani Tehranda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlamentlərarası Birliyinin 13-cü iclasının keçirilməsinə toxunub və əlavə edib: İran və islam dünyası düşmənlərinin məqsədi islamı məhv etməkdir. Buna görə, islam ölkələrinin ABŞ və sionist rejimin məkrli planları qarşısında ayıq-sayıq olmaları zəruridir.
Tehranın müvəqqəti imam cüməsi bəzi islam ölkələrinin Fələstin və Yəmən məsələsi qarşısındakı sükutunu qınayaraq deyib: Dünya müsəlmanlarının ilk qibləsi Qüds məsələsində sükut etmək olmaz, islam dünyası hazırda şücaətə ehtiyaclıdır.
Ayətullah İmami Kaşani bildirib: Sionist rejimin İran və islam dünyasına qarşı hərəkətləri ABŞ-ın dəstəyi və Ali-Səud rejiminin maliyyə yardımı ilə baş tutur. İslam ölkələri qüdrətlə, şücaətlə və birliklə səhnəyə daxil olmalı və bu məkrli planlarla mübarizə aparmalıdırlar.